"Borussiya"nın (Dortmund) qapıçısı Roman Vaydenfeyler "Bavariya" ilə aralarındakı rəqabəti, "Barselona" – "Real"a (Madrid) bənzətdi.
Korner.az-ın məlumatına görə, bu mövsüm Almaniya çempionu olan "Barussiya"nın qolkiperi Vaydenfeyler verdiyi açıqlamasında bunları deyib: "Qarşılıqlı mübarizə gedir. Biz Almaniya çempionu olduq. Onlar isə ÇL-turnirində finala yüksəldilər. Aramızdakı rəqabət "Real" – "Barselona" derbisinə bənzəyir. Baxmayaraq ki, biz son dört matçda qalib gəlmişik."