Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda sabah evdə “Yuventus”la qarşılaşacaq “Mançester Siti” ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumstıns görə, komandanın hücumçusu Serxio Aquero sabahkı görüşdə iştirak etməyəcək.
Buna argentinalı futbolçunun dizindən zədə alması səbəb olub. “Kristal Palas”la Premyer Liqa matçında (0:1) zədələnən Aquero matçın 25-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.
“Mançester Siti”nin baş məşqçisi Manuel Peleqrini də 27 yaşlı futbolçunun “Yuventus”a qarşı oyanaya bilməyəcəyini , lakin həftəsonu keçiriləcək “Vest Hem”lə oyuna qədər hazır olacağını bildirib.
