Bir neçə gün əvvəl avtoqəza keçirən Serxio Aqueronun aqibətinə aydınlıq gəlib.
Argentina yığmasının həkimləri hücumçunun hansı müddətdə yaşıl meydanlardan kənar qalacağını bildirib.
Tibb işçiləri 29 yaşlı forvardın 6 həftə oynaya bilməyəcəyini açıqlayıb. Onlar həmçinin, bu müddətin uzana biləcəyini də deyiblər.
