“Mançester Siti”nin futbolçusu Serxio Aquero avtomobil qəzasına düşüb.
Argentinalı hücumçunu Amsterdam şəhərində konsertə aparan taksi dirəyə çırpılıb. Qəza zamanı 29 yaşlı oyunçunun qabırğalarında qırıq olduğu bildirilib.
Aquero bu mövsüm Premyer Liqada 6 oyunda 7 qol vurub.
