“Mançester Siti”nin futbolçusu Serxio Aquero mövsümün sonunda komandadan ayrılmayacaq.
Korner.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Manuel Peleqrini açıqlama verib.
Çilili mütəxəssis argentinalı futbolçunu satmayacaqlarını bildirib:
“Komandanın heç bir futbolçusunu satmayacağıq. Aquero burada çox xoşbəxtdir və getməsi üçün heç bir səbəbi yoxdur. O, öz oyununu inkişaf etdirib. Aquero dünyanın ən yaxşı 5 futbolçusundan biridir”.
