Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Mançester Siti”nin “Barselona”ya böyükhesabla məğlub olduğu matçda (4-0) komandanın aparıcı üzvləri Serxio Aquero və Vinsent Kompaninin oynamaması azarkeşlərin narazılığına səbəb olub.
Korner.az-ın məlumatına görə, bunu “Dailiy Mirror” nəşri iddia edir.
Komandanın baş məşqçisi Xosep Qvardiola qışda hər iki futbolçunu komandadan göndərmək istəyir. Məlumata görə, Aquero mütəxəssisin oyun sisteminə uyğun gəlmir, Kompani isə tez-tez zədə aldığı üçün Qvardiolanın ümidlərini doğrultmur.
Qvardiola Aqueronun komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib:
“Serxio ayrılmaq qərarı versə, üzülərəm. Ancaq bu, onun qərarı olacaq. Getmək qərarı versə, ona mane ola bilmərəm”.
