Argentina millisinin və “Mançester Siti”nin futbolçusu Serxio Aqüero karyerasını bitirəcəyi şəhəri açıqlayıb.
Korner.az-ın məlumatına görə, o, futbolla doğma İndependentedə vidalaşmaq istədiyini bildirib.
“Son aylar ərzində yeni müqavilə ilə bağlı bir çox mülahizələr və şayiələr eşitmişəm. Lakin bunları beynimdə saxlamıram. Mənim üçün əsas olan bir şey var — müqaviləm bitdikdən sonra doğma İndependenteyə qayıdıb karyeramə bitirməkMançester Sitidə hər zaman mənimlə yaxşı davranıblar. İstədiyim kluba keçməyimə əngəl olmayacağımı qeyd ediblər. Buna görə də Avropada başqa komandada oynamayacam. Müqaviləm bitən kimi , 2018-ci il dünya çempionatından sonra Argentinaya yollanacağam2, — deyə Aquero İndependient en la Uno radiosuna müsahibə zamanı qeyd edib.
