“Mançester Siti”nin forvardı Serxio Aquero azarkeşlərdən səbri olmalarını istəyib.
Korner.az-ın məlumatına görə, Çempionlar Liqası və Premyer Liqada ümidləri doğrultmayan komandanın qolçusu vəziyyətin düzələcəyinə söz verib:
“İnsanların bəzi tənqidlərini başa düşə bilirəm. Klub yüksək səviyyəli oyunçulara investisiya yatırır və azarkeşlər də buna uyğun olaraq bizdən çox şey gözləyirlər. Ancaq vəziyyəti düzəltmək üçün zamanımız var. Azarkeşlərin daha çox səbr göstərməsini və hörmətlə yanaşmasını istəyirəm. Hər şey qaydasına düşəcək”.
Aquero cari mövsümdə oynadığı 15 matçda 12 dəfə fərqlənib.
