İtaliyanın “Venesiya” klubunun baş məşqçisi Filippo İnzaqi iş yerini dəyişə bilər. Gənc mütəxəssis Albaniya millisini çalışdıra bilər.
Albaniya Futbol Federasiyası 43 yaşlı çalışdırıcıya bununla bağlı təklif göndərib.
Albaniya millisinin hazırkı çalışdırıcısı Canni De Byazi oktyabrda yığmadan ayrılacağını açıqlayıb.