Dünən AÇ-2016-nın seçmə mərhələsində 8-ci turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya millisində növbəti matçına çıxıb.
Sözügedən komanda evdə Portuqaliya ilə qarşılaşıb. Oyun albanların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Ağdam klubunun 32 yaşlı müdafiəçisi isə 90 dəqiqə meydanda olub.
