“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Albaniya yığmasında növbəti oyununu keçirib.
Korner.az-ın məlumatına görə, sol cinah müdafiəçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İtaliya ilə qarşılaşmada 90 dəqiqə meydanda olub.
Kapitan sarğısını daşıyan Aqolli 24-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, görüş Albaniyanın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
