Aqolli daha 1 il ABŞ klubunda
07.07.2020 , 18:23

ABŞ-ın “Nyu-York Kosmos” klubu “Qarabağ”ın keçmiş futbolçusu Ansi Aqollinin başa çatan müqaviləsini uzadıb.
Korner.az xəbər verir ki, 37 yaşlı müdafiəçi daha bir mövsüm aşağı liqa klubunda çıxış edəcək.
Xatırladaq ki, Aqolli 2019-cu ilin martından ABŞ klubunda forma geyinir.
