"Sumqayıt"la oyunda yalnız qələbə haqda düşünürdük. Ancaq istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Vacib iki xal itirdik".
Bu sözləri Korner.az-a açıqlamasında "Bakı"nın futbolçusu Şəhriyar Əliyev deyib.
Gənc futbolçu "Sumqayıt"la etdikləri heç-heçədən (1:1) danışarkən daha sonra bunları deyib:
"Aqilin qırmızı vərəqə alması oyunumuza təsir etdi. Hələ qarşıda 4 oyunumuz var. Bu oyunlardan sonra "altılıq"a düşüb-düşməməyimiz bilinəcək".