Bir müddət öncə “Rəvan”dan ayrılan Aqil Nəbiyev müqavilə ilə məxsus olduğu “Bakı” klubuyla da sözləşməsini qarşılıqlı şəkildə ləğv edib.
Korner.az-ın məlumatına görə, futbolçunun karyerasını bundan sonra hansı klubda davam etdirəcəyi məlum deyil.
Futbolçu yenidən AZAL-a qayıtmağın əlehinə deyil. Lakin bunun üçün ilk növbədə baş məşqçi Tərlan Əhmədov razılıq verməlidi.
