“Uduzsaq belə, mən oyunçularımdan razıyam. İkinci hissə tam bizim üstünlüyümüz şəraitində keçdi. Uduzmamalı idik. Ən azından heç-heçə edə bilərdik. Mən futbolçulara təşəkkür edirəm".
Korner.az-ın PFL-in rəsmi saytına istinadən vediyi məlumata görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Premyer Liqanın VIII turunda məğlub olduqları "Neftçi" ilə oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi daha sonra fikirlərinə belə davam edib: "Mövsümün ən yaxşı oyununu sərgilədik. Komanda olaraq, istənilən vəziyyətləri araşdırır, təhlil edirik. Məşq zamanı standart vəziyyətlərdə aldığımız nəticələrlə oyundakı nəticələr fərqlidir. Slavik Alxasov məşq zamanı elə zərbə vurur ki, az qala qapı toru parçalansın. Amma oyunda bunu bacarmadı. Futbolçuların keyfiyyətindən çox şey asılıdır”.
