Prmeyer Liqanın X turunda "Sumqayıt" öz meydanında "Qarabağ"ı qəbul edib.
Korner.az-ın məlumatına görə, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov bu fikirləri səsləndirib:
“Oyunun çətin keçəcəyini bilirdik. “Qarabağ” Azərbaycanın ən güclü komandalarından biridir. 90 dəqiqənin yekununda komandalar arasındakı səviyyə fərqi göründü. Rəqibin heyətində çox güclü, ustalıq səviyyəsi yüksək olan futbolçular var. Bu gün buraxdığımız hər üç qolda müdafiə xəttinin kobud səhvləri oldu. Heyətimizdə Premyer Liqa təcrübəsi olan futbolçular azdır”.