Topaz Premyer Liqasının 29-cu turunun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, “Rəvan” – “Sumqayıt” (1:1) qarşılaşmasından sonra “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov mətbuata açıqlama verib.
Məmmədov açıqlamada bunları dilə gətirib: “Düşünürəm ki, maraqlı oyun oldu. İki fərqli hissə oldu. Birinci hissədə biz, ikinci hissədə isə rəqib yaxşı oynadı. Qalib gələ bilərdik. İkinci hissədə əks-hücum oynadıq. Rəqib bizi ikinci hissədə müdafiəyə çəkilməyə məcbur etdi”.
