“İlk hissədə qol vursaq da, mən daha çox ikinci hissədən razı qaldım. Qələbə qazandıq. Düşünürəm ki, bu oyunda azarkeşlər bizə çox dəstək oldular. Onlar uduzanda da, udanda da bizim yanımızdadırlar”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan PremyerLiqasının 4-cü turunda “Araz Naxçıvan”a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib:
“Bu oyunu unudub qarşıdakı görüşlərə hazırlaşmalıyıq. Turnir cədvəlinin lideriyik. İndiki məqamda bunu təsadüf yox, reallıq kimi qəbul etməliyik. Məqsədimiz çempionluq yox, ötənilki ilə müqayisədə daha yaxşı nəticə qazanmaqdır”.
