Topaz Premyer Liqasının XXXIV turu “Qarabağ” üçün əlamətdar oldu.
Korner.az-ın məlumatına görə, “Sumqayıt”ı 1-0 hesabı ilə məğlub edən “Qarabağ” cari mövsümün çempionu oldu.
Oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov bunları deyib:
“Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Məğlub olmağımıza baxmayaraq, komandamızın çıxışından razı qaldım. Şahin Əliyev, Budaq Nəsirov kimi oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Növbəti mövsüm hansı dəyişikliklərin olacağını deyə bilmərəm. Əgər yaxşı nəticə qazanmaq istəyiriksə, dəyişikliklər etməliyik. Konkret məqsədlər uğrunda mübarizə aparmaq istəyirik”.
