Aqil Məmmədov və Georgi Çixradze “Simurq”- “Sumqayıt” oyunuyla (0:4) bağlı fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi çox pis oynadıqlarını deyib:
“Rəqib layiqli qələbə qazandı, çox pis oynadıq. Hesab arasındakı fərq 5-6 top da ola bilərdi. Komandamız yox dərəcəsində idi”.
“Simurq”un baş məşqçisi oyundan razı qalıb:
“Komandaya oyuna və qələbəyə görə təşəkkür edirəm. Oyuna yaxşı hazırlaşmışdıq. İlk hissənin başlanğıcında qol vurduq, oyuna yaxşı başladıq. Ardıcıl 3 məğlubiyyətdən sonra yaxşı oyunla qələbə qazandıq”.
