Topaz Premyer Liqasının 5-ci turunda “Rəvan” səfərdə “Sumqayıt”a
qalib gələrək mövsümdə ilk qələbəsini qazandı – 1:0.
Korner.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat
konfransında meydan sahiblərinin baş məşqçisi Aqil Məmmədov komandasının
oyunundan razı qalib.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Rəqibi qələbə ilə
təbrik edirəm. Bugünkü oyunda məğlubiyyətə layiq deyildik. Çoxsaylı qol
imkanlarını əldən verdik. Nəticədən razı olmasam da, komandamın oyunundan razıyam”.
