“Qarşıdan gələn Novruz Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Mən nəticədən danışmayacağam”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.
Məmmədov rəqib haqda müsbət fikirlər səsləndirib:
“Sadəcə, deyim ki, bu oyundan sonra gedib bir qədər dincəlmək olar. Çoxdandır ki, biz belə oyun sərgiləmirdik. Hesab edirəm ki, Azərbaycanın ən güclü komandasına qarşı yaxşı oynadıq. İki dəqiqəlik də olsa, “Qarabağ”a həyəcan yaşada bildik”
