“Maraqlı oyun oldu. Qol imkanlarımız az oldu, amma yarada bilərdik. Nəticədən və oyundan razıyam. Komandada qələbə əzmi var idi, sona kimi mübarizə apardılar. Pərdis Fərcad-Azad ötən mövsüm bizə çox kömək elədi, bu mövsüm də ümid edib 90 dəqiqə oynadırıq. Qapıya zərbə endirməsə də, oyunda özünü yaxşı tərəfdən göstərdi. Hücumçu üçün qol imkanını yarımmüdafiə xətti yaratmalıdır. Yarımmüdafiədə sürətli futbolçularımız var, fiziki cəhətdən hazır saydığımız futbolçuları heyətə daxil etdik. Samir Abasov və Aleksandr Çertoqanov birlikdə oynayanda komandamız məğlub olmur. Aqşin Muxtaroğlu çox qaçır, lakin faydalı iş əmsalı aşağıdır. Ötürmələrindən narazıyam, bəzən çox bəsit səhvlər edir”.
Korner.az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov səsləndirib.
Qeyd edək ki, oyun 0:0 hesabı ilə başa çatıb.
