“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 35-ci turunda “Xəzər Lənkəran”a 2:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, yaxşı oynadıqlarını deyib:
Azarkeşləri, futbolçuları təbrik edirəm. Düşünürəm ki, oyunumuzun nəticəsi qələbə olmalı idi. Mən rəqibin qapıçısı Tərlan Qasımzadənin oyununu qeyd etməliyəm. Daha çox qol vura bilərdik. Amma Tərlan yaxşı çıxış edərək buna imkan vermədi”.
