Topaz Premyer Liqasının 29-cu turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, “Sumqayıt” doğma meydanda “Bakı ilə 0:0 bərabərə qalıb.
“Kapital Bank Arena”dakı oyundan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Aqil Məmmədov heç-heçəni belə şərh edib:
“Futbolçular sağ olsunlar ki, bacarıqlarını ortaya qoydular. Biz qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, iki eynisəviyyəli komanda mübarizə aparırdı. 1 qol nəticəni müəyyənləşdirəcəkdi. Bunu heç bir komanda edə bilmədi. Məncə, nəticə oyuna görə oldu”.
(pfl.az)
