“Xəzər Lənkəran”a qarşı göstərdiyimiz oyundan razı deyiləm. Daha yaxşı oynaya bilərdik. Amma nəticə məni qane edir. Ən azından uduzmadıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov “Xəzər Lənkəran”la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
A.Məmmədov komandasının bu görüşdə sonadək mübarizə apardığını bildirib: “Biz tam hazırlıq keçə bilməmişdik. Düşərgədə zədəli futbolçularımız çoxdur. 4 əsas oyunçumuz yox idi. Bütün bunlar oyunu qalib başa vurmağımıza mane oldu. Oyunçular sona qədər döyüşdülər. Onlara minnətdaram”.
