Topaz Premyer Liqasının XIII turunda “Sumqayıt” “Bakı” ilə üz-üzə gəldi. Oyun 1-1 hesabı ilə başa çatdı.
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov oyundan sonra fikirlərini bildirib: “İlk dəqiqədə qol buraxmağımız bizə pis təsir etdi. Amma ümumilikdə götürsək, “Bakı”dan üstün oynadıq. “Bakı”nın demək olar ki, şansı olmadı. Biz isə yaratdığımız imkanları dəyərləndirə bilmədik. Əgər bərabərlik qolunu bir qədər tez vura bilsəydik, davamı gələcəkdi”.
