Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən “Sumqayıt” – “Bakı” oyunu gərginliyi ilə yadda qaldı. Penaltilər seriyasında qələbə qazanan “Bakı” adını növbəti mərhələyə yazdırdı.
Korner.az-ın məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov oyundan sonra fikirlərini bildirib:
“Oyun barədə onu deyim ki, biz rəqibdən üstün idik. Əgər əsas vaxtda imkanları dəyərləndirə bilsəydik, penaltilər olmayacaqdı. Biz bu gün yaxşı oynadıq. Komandamın çıxışından razıyam. Penaltilər bəxtə bağlıdır. Bəxtimiz gətirmədi”.
