Topaz Premyer Liqasının 19-cu turunda “Sumqayıt”la qarşılaşan “Qəbələ” rəqibini 3-0 hesabı ilə məğlub edərək turnir cədvəlində zirvəni ələ keçirib.
Korner.az oyunsonrası məşqçi fikirlərini sizə təqdim edir:
Yuri Syomin: “Fasilədən sonra oyunlar həmişə çətin olur. “Sumqayıt” topa daha çox sahib idi. Lakin biz də öz oyunumuzu göstərdik və qələbə qazandıq”.
Aqil Məmmədov: “”Qəbələ” bizim üçün çətin rəqibdir. Öz səhvlərimizdən 3 top buraxdıq. Hesabı oyuna görə saymıram. Biz də yaxşı oynadıq. “Qəbələ” azarkeşləri müxtəlif şüarlarla bizə təsir edirdi. Rəqibə qarşı küçə ifadələri işlədənləri azarkeş hesab etmirəm, “Qəbələ”yə layiq deyillər”.
