Topaz Premyer Liqasının XI turunda “Sumqayıt” doğma azarkeşləri önündə “İnter”lə üz-üzə gəlib.
Korner.az-ın məlumatına görə, oyunda qapılara qol vurulmadı.
Ev sahiblərinin baş məşqçisi Aqil Məmmədov oyundan sonra bunları bildirib:
“İnter” bizim üçün çətin rəqiblərdən biridir. Bu komandaya qarşı oynamaq bizim üçün həmişə çox çətin olub. 5 oyundur ki, uduzurduq. Bu gün bir xal qazandıq. Baxımlı oyun olmadı. Amma azarkeşlər bizi dəstəklədilər. Fanatlara təşəkkür edirəm. Biz ardıcıl 5 oyunda uduzsaq da, heç vaxt hücum futbolundan imtina etmədim, müdafiədən oynamadıq. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.
