“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə 1:3 hesabı ilə uduzduqları matçı şərh edib.
Korner.az-ın məlumatına görə, o, komandasının məğlub olmasına baxmayaraq, futbolçularının oyunundan razı qaldığını deyib:
“Oyun barədə nə deyə bilərəm? Mən futbolçulardan razıyam. 1:10 hesabı ilə uduzsaydıq belə, mən bu sözləri deyəcəkdim. Düşünürəm ki, hakimlər oyuna təsir etdilər. Məncə, bizim topu qapıdan keçirdiyimiz epizodda qol qeydə alınmalı idi. “Qəbələ”nin ikinci qolunda qayda pozuntusu var idi. Mən durduğum yerdən görürdüm ki, bizim vurduğumuz qol qaydalar çərçivəsindədir. “Qəbələ” barədə ümumiyyətlə, danışmaq istəmirəm. Çünki “Qəbələ” bu gün qələbəyə layiq deyildi”
