UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq “Apollon”un Bakıya gələcəyi tarix müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “Apollon” Azərbaycana sabah gələcək.
Kipr klubu sabah günorta saatlarında Larnaka şəhərindən çarter reysi ilə Bakıya gələcəyi gözlənilir.
Qeyd edək ki, avqustun 6-da keçiriləcək “Qəbələ” – “Apollon” oyunu saat 21:00-da başlayacaq.
