APOEL və “Qarabağ” cütünün Avroliqada potensial rəqibi
05.08.2019 , 16:46

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-i keçə bilməsə, yolunu Avropa Liqasında davam etdirəcək.
korner.az-ın məlumatına görə, Ağdam təmsilçisinin potensial rəqibləri müəyyənləşib.
“Qarabağ” Kipr klubuna məğlub olsa, Avroliqanın pley-off mərhələsində “Sutyeska” (Çernoqoriya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.
