Avrokuboklardakı yeganə təmsilçimiz "Neftçi"nin Avropa Liqasının "play-off" mərhələsindəki rəqibi Kiprin APOEL klubu paytaxt təmsilçimiz ilə görüşün hazırlıqlarına bu gündən start verir. Korner.az-ın məlumatına görə, Kipr təmsilçisi tam heyətlə hazırlıqlara başlayır.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 23-də Bakıda, cavab görüşü isə bir həftə sonra – avqustun 30-da Nikosiyada keçiriləcək.
