APOEL “Qarabağ”la oyuna itkiylə çıxacaq
09.08.2019 , 17:36

APOEL Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabaģ”la cavab oyununa ciddi itki ilə çıxacaq.
Korner.az-ın məlumatına görə, komandanın zədəli futbolçusu Alef dos Santos Ağdam klubu ilə oyunu buraxacaq. Yoxlama oyununda zədələnən futbolçunun 3 həftə meydanlardan kənar qalacağı bildirilib.
