Futbol

APOEL – “Qarabağ” oyununa güzəştli biletlər

09.09.2019 , 16:45

Avropa Liqasının A qrupunda yer alan APOEL ev oyunları üçün bilet satışına start verib.

Korner.az xəbər verir ki, komandanın “Düdelanj”, “Qarabağ” və “Sevilya” ilə görüşlərinin biletləri satışa çıxarılıb.

Nikosiya təmsilçisi biletləri müxtəlif paketlərdə təqdim edib. Bu baxımdan qiymətlər də fərqlidi. 5 avrodan başlayan qiymət 75 avroya qədər yüksəlir. Qiymətlər uşaqlar üçün 15, tələbələr üçün 30 avroya nəzərdə tutulub.

APOEL sentyabrın 19-da “Düdelanj”, noyabrın 7-də “Qarabağ”, dekabrın 12-də isə “Sevilya”nı qəbul edəcək.

Son yazılar

Yuxarı