Bu gün Avropa Liqasında "pley-off" mərhələsinin püşkatma mərasimi keçirilib. Korner.az-ın məlumatına görə, Çempionlar Liqasında mübarizəni dayandıraraq Avropa Liqasında qatılmaq şansı əldə edən "Neftçi"nin də rəqibi bəlli olub.
Püşk "ağ-qaralar"a Kipri Avropa səhnəsində layiqincə təmsil edən APOEL-i rəqib edib.
Türkiyəni bu turnirdə təmsil edən "Trabzonspor" və "Bursaspor"un rəqiblərinin kimliyidə müəyyənləşib.
Qeyd edək ki, "play-off" mərhələsinin ilk oyunları 23 avqust, cavab görüşləri isə bir həftə sonra – 30 avqustda keçiriləcək.
APOEL (Cənubi Kipr) – Neftçi (Azərbaycan)
Bursaspor (Türkiyə) – Tvente (Hollandiya)
Trabzonspor (Türkiyə) – Videoton (Macarıstan
