"Oyunlar bizim üçün çox vacibdir. Hədəfimiz qrup mərhələsinə düşməkdir. Ancaq bu çox çətindir. "Neftçi" indiyədək qarşılaşdığımız ən çətin komandadır".
Korner.az-ın məlumatına görə, bunları APOEL klubunun prezidenti Foebus Erotokritou deyib.
Erotokritou komandasının mərhələ keçəcəyinə inandığını dilə gətirib: "Neftçi" ilə oyunda hər şeyə hazır olmalıyıq. Ancaq mən komandama inanıram.
Bu görüşün favoriti müzakirə mövzusu ola bilməz. Çünki bu oyunun favoriti yoxdur. Heyətdə bəzi itkilərimiz var. Ancaq komandada yetərincə istedadlı futbolçu var. Ona görə də heyətdəki itkilər məni narahat etmir".
Qeyd edək ki, "Dalğa Arena"da baş tutacaq "Neftçi" – APOEL matçı sabah saat 21:00-da başlayacaq.