UEFA Avropa Liqasında "Neftçi"nin rəqibi olan Kiprin APOEL klubunun futbolçusu Mario Budimir "ağ-qaralar"la oyunöncəsi fikirlərini açıqlayıb.
Korner.az-ın məlumatına görə, xorvatiyalı futbolçu "Neftçi" ilə cavab matçının fərqli keçəcəyini bildirib:
"Bakıda oyunumuz istənilən səviyyədə alınmadı. Süni örtükdə oynamaq asan deyildi. Ancaq vacib olan qolu vurmağı bacardıq. "Neftçi"ni ilk görüşdən sonra daha yaxşı tanıdıq. Rəqib yaxşı təsir bağışladı. Ona görə də rəqibə qarşı diqqətli oynamalıyıq. Lakin düşünürəm ki, cavab matçı fərqli keçəcək. Azarkeşlərimiz önündə qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik".
Qeyd edək ki, APOEL – "Neftçi" oyunu avqustun 30-da, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
