Futbol

APOEL-in futbolçusu: “Biz hələ o səviyyədə deyilik”

08.10.2019 , 18:21

Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Kiprin APOEL klubunun hücumçusu Roman Bezyak Sloveniya mətbuatına açıqlama verib.

Korner.az-ın məlumatına görə, futbolçu təsnifat mərhələlərindəki oyunlarını şərh edib:

“Qarabağ”a evdə 1:2 hesabı ilə məğlub olduqdan sonra yeni baş məşqçi təyin edildi. Tomas Doll komandaya gələndən sonra mənim üçün hər şey bir gecədə dəyişdi. Bakıda 2:0 hesabı ilə qalib gəldik və Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandıq. “Ayaks”a qarşı möhtəşəm oynadıq. Bunu hücum mənasında demirəm, çünki bu komandaya qarşı hücum futbolu oynaya bilməzsən. 5 oyunda 16 qol vurduq və bunun uğur olduğunu qeyd edə bilərəm”.

30 yaşlı forvard APOEL-in Avropa Liqasındakı şanslarını dəyərləndirib:

“Çempionlar Liqasında oynamaq üçün sənin birinci dərəcəli oyunçuların olmalıdı. Biz hələ o səviyyədə deyilik. Avropa Liqasında oynamaq bizim üçün mövcud reallıqdı. Qrupda ən azı ikinci olmağa layiqik”.

Son yazılar

Yuxarı