APOEL-in azarkeşləri
12.08.2019 , 14:17

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” Kiprin APOEL klubunu qəbul edəcək.
Korner.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmada APOEL-in 70-80 nəfərə yaxın azarkeşi tribunada olacaq.
“Qarabağ” – APOEL oyunu sabah saat 20:30-da start götürəcək.
Xatırladaq ki, ilk oyunda “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.
