APOEL-də yeni baş məşqçi
08.08.2019 , 18:32

APOEL klubu yeni baş məşqçisini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, baş məşqçi postuna almaniyalı mütəxəssis Tomas Doll gətirilib. Onunla 2 illik müqavilə imzalanıb. Mütəxəssis bu vəzifədə “Qarabağ”la oyundakı məğlubiyyətə görə istefaya göndərilmiş Paolo Trametsanini əvəzləyib.
