APOEL-də növbəti itki
11.08.2019 , 14:14

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq Kiprin APOEL klubu daha bir itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın futbolçusu Praksitelis Vuros məşqdə zədələnib. Futbolçunun sol əlində sınıq aşkar edilib. Vurosun 4 həftə meydanlardan kənar qalacağı gözlənilir.
Bundan öncə APOEL-in heyətində Alef dos Santos da zədələnmişdi. Futbolçu “Qarabağ”la oyunu buraxacaq.
“Qarabağ” -APOEL oyunu avqustun 13-ü, saat 20:30-da start götürəcək. Oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
