APOEL baş məşqçisini istefaya göndərdi
08.08.2019 , 16:26

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Kiprin APOEL klubu baş məşqçisi Paolo Trametsanini istefaya göndərib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Məşqçinin istefasına səbəb, komandanın “Qarabağ”a evde 1:2 uduzması olub.
