APOEL Bakıya çatdı
23.10.2019 , 16:35

Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ın qonağı olacaq Kiprin APOEL klubu Bakıya gəlib.
Korner.az xəbər verir ki, komanda 2,5 saatlıq uçuşdan sonra 14:00-da Bakıdakı hava limanına çatıb.
Sabah “Qəbələ”nin U-19 komandası ilə Gənclər Liqasında qarşılaşacaq APOEL-in U-19 kollektivi də Bakıya gəlib. Onlar cavab matçı üçün Qəbələ şəhərinə yollanıb.
APOEL bu gün 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda oyun öncəsi son məşqinə çıxacaq.
