APOEL azarkeşləri "Neftçi"nin rəsmilərinə qarşı təzyiqlərə başlayıblar.
Korner.az xəbər verir ki, rəqib fanatlar stadiona isinmə hərəkətlərindən əvvəl daxil olan "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov, məşqçisi Kamal Quliyev, mətbuat katibi Gündüz Abbaszadənin ünvanına təhqirlər və kənar əşyalar yağdırıblar.
UEFA nümayəndəsinin müdaxiləsindən sonra ara sakitləşib.
