"Real"ın (Madrid) argentinalı futbolçusu Anxel Di Mariya istədikləri vaxt "Barselona"nı məğlub edə biləcəklərini vurğulayıb.
Korner.az-ın məlumatına görə, qazandıqları La Liqa çempionluğunu və, "Nou Kamp"da məğlubiyyətə uğratdıqları "Barselona" matçını misal göstərən Di Mariya : "Hər şey göz qabağındadır. İstədiyimiz vaxt "Barsa"nı məğlub edə bilərik". – ifadələrinə yer verib.
Pep Qvardiolanın katalonlardan ayrılması ilə heç bir şeyin dəyişməyəcəyini deyən Anxel, hazırki baş məşqçi Titonın da, köhnə sistemi qoruyub saxlayacağını sözlərinə əlavə edib.
