Dünya Futbolu

Antuan Qrizmann: “Özümü günahkar görürəm”

13.03.2019 , 14:02

Çempionlar Liqasının 1/8 final mərhələsində “Yuventus”a 0:3 hesabı ilə məğlub olduqları matçdan sonra “Atletiko”nun futbolçusu Antuan Qrizmann açıqlama verib.

Fransalı forvad bu oyunda özünü günahkar hiss etdiyini deyib:

“Bizim üçün pis bir gecə idi. İstədiyimiz oyunu qura bilmədik. Meydanda sürətimiz də yavaş idi. Rəqib isə tam əksinə, hər cəhətdən bizdən üstün idilər. İlk oyunda 2:0 hesablı qələbəmizdən sonra bu gecə xəyal qırıqlığı yaşadıq”.

Həmçinin, forvad Kristianu Ronaldonun uğurlu çıxışından da bəhs edib:

“Ronaldo bütün dünyaya ən yaxşılarından olduğunu bir daha sübut etdi. İlk qarşılaşmada ona heç fürsət tanımadıq, amma bu gecə bütün fürsətlərdən ən yaxşı şəkildə istifadə etdi”.

Son yazılar

Yuxarı