İspaniya La Liqasında mübarizə aparan “Atletiko”nun (Madrid) futbolçusu Antuan Qrizman maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, ulduz hücumçu “Yuventus” haqda:
“Bizim kimi güclü komandadı. “Yuventus”u sevirəm. “Barselona”, “Bavariya” və “Real” finala vəsiqə qazana bilər. Lakin öz aralarında da oynayacaqlar. “Yuventus” isə yarımfinala adlayacaq. Onların meydanında oynamaq çox çətindi. Geri addım atmırlar”.
Karyerası haqda danışan futbolçu: “Totti kimi 40 yaşıma qədər oynamayacam. 40 yaşına kimi oynamaq üçün gərək fiziki cəhətdən güclü olasan. Mental olaraq da, güclü olmalısan. 18 yaşımda başlamışam futbola. 33 və ya 34 yaşımda karyeramı sonlandıracam”.
Xatırladaq ki, 26 yaşlı Qrizman bu mövsüm “Atletiko” forması ilə 40 oyuna 22 qol vurub və 11 məhsuldar ötürmə edib.
