Futbol

Antonun komandası səfərdə uduzdu

23.10.2021 , 12:36

Polşa çempionatında XII turun oyunları keçirilir.

Korner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Lex”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

​“Visla” 12 turdan sonra 13 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı